Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Nazir Ramin Quluzadə Qusarda regional müşavirə keçirib Adalet.az | Nazir Ramin Quluzadə Qusarda regional müşavirə keçirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Nazir Ramin Quluzadə Qusarda regional müşavirə keçirib

10770    |   2018-06-29 15:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar şəhərində görüş keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən Adalet.az-a verilən məlumata görə, Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.




İmza:

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Dünyanın ən yaxşı smartfonları - SİYAHI

Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır

Dünyanın ən böyük sərnişin təyyarəsi daha istehsal olunmayacaq

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib

Azercell-ə mükafat verildi

Alimlərimiz yeni velosiped ixtira etdilər

Azercell Akademiyası il ərzində müxtəlif təşkilatlar üçün 231 təlim təşkil edib

Azercell “Socially devoted” sertifikatına layiq görülüb

Azercell” və İsrail Səfirliyinin birgə layihəsi - “TOM”

Bakcell abunəçilərinə eksklüziv endirim və imtiyazlar gündən günə artır

SON XƏBƏRLƏR
2019-02-23
2019-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı təyyarənin trapından şalvarını çəkə-çəkə düşür:
- Ayə, bu Azal aeroflotu canemizi boğazımıza yığdı. Elə dəyqədən bir deyirlər ki, kəmərinizi açen-bağleyin. Ta demirlər ki, arıq adamıq, şalvarımız kəmərsiz əynimizdə durmer.




digər lətifələr
ARXİV
FACEBOOK