adalet.az header logo
  • Bakı 21°C
29 Iyun 2018 12:55
10356
GÜNDƏM
A- A+

Şagirdlərin qidalanmasına dövlət nəzarət edəcək

Məktəbəqədər, məktəb, ali təhsil müəssisələrində qidalanma rasionlarına dövlət nəzarəti həyata keçiriləcək.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, təhsil müəssisələrində uşaqların qidalanması məsələsi diqqət mərkəzindədir: "Gələcək indiki nəsildən asılıdır. Yaxın zamanlarda Təhsil Nazirliyi ilə birlikdə həmin müəssisələrə bildirişlər göndəriləcək".

Q.Təhməzli bildirib ki, son zamanlar ölkəyə çoxlu sayda turistlər gəlir. Ona görə də ölkənin turistik zonalarında Turizm Agentliyi ilə birlikdə qida təhlükəsizliyi üzrə dövlət nəzarəti həyata keçiriləcək.
"Mövsümi xarakter daşıyan istirahət zonalarında insanların kütləvi qidalanması olur. Gələn aydan başlayaraq Turizm Agentliyinin əməkdaşları ilə birlikdə həmin iaşə obyektlərində monitorinq və audit tədbirləri aparılacaq".