ANA SƏHİFƏ / SİYASƏT

Komitə sədri: Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb

4653    |   2018-06-29 12:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Valyuta ehtiyatlarımız ÜDM-ə bərabər səviyyədədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirəsi haqqında çıxış edərkən deyib.

O bildirib ki, dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə nəticələrə çox nadir hallarda rast gəldiyini görərik: "Bu uğurlar düşünülmüş siyasət nəticəsində əldə edilib. Bu gün Azərbaycanın iqtisadiyyatı heç kimdən asılı deyil. Bu yaxınlarda Cənub Qaz Dəhlizi və onun bir qolu olan TANAP reallaşdı. Bakı Dəniz Limanının istifadəyə verilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artıracaq. Bütün bunlar Prezidentin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.

Komitə sədri söyləyib ki, dövlət büdcəsi layihələrin reallaşmasında mühüm rol oynayır: "İnvestisiyaların artması, özəl sektorda inkişaf, tədiyyə balansında müsbət meyllərin qorunub saxlanılması dövlət büdcəsinin artmasına səbəb olub. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə neft faktorundan asılıdır. Dünya bazarında neftin qiymətinin bahalaşması Dövlət Neft Fondunun gəlirlərini 5.2 milyard artmasına şərait yaradıb. Bütün bunlar imkan verir ki, Azərbaycan daha iri miqyaslı layihələr həyata keçirsin. Bu artım Azərbaycanda adambaşına düşən büdcə xərclərinin artmasına imkan yaradacaq”.

Z.Səmədzadə qeyd edib ki, Dövlət Gömrük Komitəsində proqnozlar kifayət qədər uğurla icra olunur: "Sahibkarlar yaradılan şəffaf şəraitlərdən məmnunluq bildirirlər. Artıq gömrük proqnozları artıqlaması ilə həyata keçirilib. Bütün bunlar ölkənin maliyyə resurslarının artmasına şərait yaradır. Maliyyə, Vergilər, İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında koordinasiyalı iş aparılır. Əgər qurumlar arasında birgə əməkdaşlıq həyata keçirilərsə, bizim uğurlarımız daha da arta bilər”.

Komitə sədri qeyd edib ki, 2018-ci ilin büdcəsi AXC-nin 100 illiyinə hədiyyə oldu: "Bildiyiniz kimi, dünyada hökm sürən qlobal maliyyə böhranına görə ölkəmizin büdcəsində maliyyə vəsaiti azaldılmışdı. Amma görülən işlər nəticəsində bu maliyyənin artmasına nail ola bildik”.




İmza:

"Merkelin, Makronun,Trampın ağılları çatacaqmı?"

Gələn ilin büdcəsi sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq

“Azərbaycan ərəb ölkələrinə sərmayələr yatırıb” - Əli Həsənov

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi çağırış etdi

ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

Elmar Məmmədyarov Fransaya səfərə gedib

İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü..."

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir

Milli Məclisin növbəti üç iclasının gündəliyi - SİYAHI

"ABŞ işğal olunmuş ərazilərdə hərbi baza yaratmaq istəyir"

Avropa İttifaqının xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK