ANA SƏHİFƏ / DÜNYA

ABŞ ikinci vətəndaş müharibəsi astanasındadır

10721    |   2018-06-29 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın 5 il ərzində ABŞ-ı ikinci vətəndaş müharibəsi təhlükəsi gözləyir. .

AzVision.az xəbər verir ki, bu barədə "USA.one” apardığı sorğunun nəticələrinə əsasən belə qənaətə gəlib

Sorğunun nəticələrinə görə, seçki hüququna malik amerikalıların 31%-i 1860-cı illərdən sonra ABŞ-da yenidən vətəndaş müharibəsi olacağından ehtiyat edirlər. Onların 11%-i isə bunun mütləq baş verəcəyinə əmin olduqlarını deyiblər.

Respondentlərin 59%-i isə hesab edir ki, Amerikada ikinci vətəndaş müharibəsinin olma ehtimalı olduqca azdır. Lakin amerikalıların 29%-i bu ehtimalı istisna etməyiblər. Məlum olub ki, yeni vətəndaş müharibəsinin baş verməsindən ən çox ehtiyat edənlər demokratlardır – 37%. Respublikaçıların isə 32%-i bu təhlükədən narahatdır. Heç bir partiyaya üzv olmayan bitərəf amerikalıların 26%-i isə düşünür ki, ABŞ yeni "daxili müharibə” astanasındadır.

"USA.one” apardığı sorğunun nəticələri onu da müəyyənləşdirib ki, amerikalılar prezident Donald Trampın yürütdüyü siyasətin əleyhdarlarının təcavüzə əl atacaqlarından qorxurlar. Sorğu nəticələrinin irqlər arasındakı müqayisəsinə görə isə, afroamerikalıların 44, ağdərililərin isə 28%-i yaxın illərdə ABŞ-da ikinci vətəndaş müharibəsinin olacağını istisna etməyiblər.

Qeyd edək ki, son illərdə ABŞ-da qaradərililərə qarşı huquq-mühafizə orqanlarının amansız rəftarı, Trampın müsəlmanlar və miqrantlara qarşı sərt siyasəti ölkədə diskriminasiya hallarını çoxaldıb. Qərb mediası yazır ki, irqi-dini dözümsüzlük səbəbindən Amerika ikinci vətəndaş müharibəsi astanasındadır.



İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK