adalet.az header logo
  • Bakı 11°C
29 Iyun 2018 12:12
18169
ELM VƏ TƏHSİL
A- A+

Saxta diplomlu müəllimlər işdən çıxarılmayacaq

"Təhsil sənədi nümunəvi olmayan (saxta diplom - red), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul olunmuş şəxslərin işdən çıxarılması məsələsi gündəmdə yoxdur"

Adalet.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. O bildirib ki, həmin şəxslərin yerlərinin vakant çıxarılması məsələsi gözlənilmir.

"Onlar müəyyən həcmdə dərs yükü ilə təmin edilirlər və həmin şəxslər işlərini davam etdiriləcəklər”.

M.Camalzadə, həmçinin qeyd edib ki, kişi müəllimlərin sayında artım olacaq. "Lakin müəllimlərin işə qəbulunda gender məhdudiyyəti yoxdur. Son illər müəllim kişilərin sayında artım müşahidə edilir”.