adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyun 2018 12:22
18161
HADİSƏ
A- A+

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşdı: 2 ölü, 9 yaralı - Yenilənib

Zaqataladan Mingəçevirə gedən mikroavtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı ikiyə çatıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri,54 yaşlı Rəhilə Mikayılova orada ölüb.

Məlumata görə, xəsarət alan iki azyaşlı - 2107-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.