adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyun 2018 11:33
28820
MƏDƏNİYYƏT
A- A+

Qəmər Almaszadə adına İkinci Beynəlxalq Rəqs Müsabiqəsi yekunlaşıb

Qəmər Almaszadə adına klassik, milli və modern rəqs üzrə ikinci beynəlxalq müsabiqəsinin Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında bağlanış və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə reallaşan müsabiqədəAzərbaycanla yanaşı, ABŞ, Rusiya, İsrail, Türkiyə, Ukrayna, Bolqarıstan, İspaniya və başqa ölkələrdən olan balet ustaları iştirak ediblər. Onların çıxışlarını respublikamızın, eləcə də xarici ölkələrdən dəvət olunan Rusiyanın Xalq Artisti Vyaçeslav Qordeyev, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova, Roza Cəlilova, Afaq Məlikova, Ukraynanın Xalq Artisti Boris Kolnoquzenko, Bolqarıstan Balet Assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti milli komitəsinin Bolqarıstan üzrə sədri Silviya Tomova, Estoniyanın əməkdar artisti, UNESCO-nun beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olan daimi üzvü Nina Gerşman, Azərbaycanın və Rusiyanın Əməkdar Artisti Vitali Axundovdan ibarət tanınmış incəsənət ustaları qiymətləndiriblər.Münsiflər heyətinin qərarı ilə birinci yeri Qumar Sultanbek (Qazaxıstan), İrina Matsepa (İspaniya), "Bakının ulduzları” rəqs ansamblı (Azərbaycan), ikinci yeri Metis Lov (ABŞ),Ayan Eyvazova və Makar Ferştdant ( Azərbaycan), Andriyenko Vladislav və Polevayeva Yelena dueti (Ukrayna), üçüncü yeri isə Lean Reyzer və Elinor Ostrovki dueti (İsrail), Jasmin Seizova ( Bolqarıstan), Mehdiyeva Dilarə (Azərbaycan) vəYuşenko Roman və Qnizdilova Olqa ( Ukraynadan) qazanıblar.Beynəlxalq müsabiqənin Qran-pri mükafatını qalibi isə Rusiya təmsilçiləri Arefyev Mistislav və Fukuda Siori olub. İştirakçılar sırasında Azərbaycanı təmsil edən Lalə Aslanova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Mükafatı qalibə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev təqdim edib.Müsabiqənin bağlanış mərasimi qaliblərin ifasında qala-konsertlə başa çatıb.