adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Iyun 2018 10:57
6858
HADİSƏ
A- A+

Bakıda “konduktor” avtobusdan yıxılıb öldü

Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewo" markalı 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.

Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.

T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.