adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2018 09:55
7923
MƏMLƏKƏT
A- A+

Elmar Vəliyev Türkiyə səfirilə nədən danışdı?

Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Adalet.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim elm, mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib, Türkiyədə keçirilən seçkilərdə qazanılan qalibiyyət münasibəti ilə Türk xalqını təbrik edib. Şəhər rəhbəri Gəncədə həyata keçirilən irimiqyaslı tikinti layihələri, geniş abadlıq-qurucluq işlərindən söz açıb.

AXC-nın yaradılmasının 100 illiyi münasibəti ilə Azərbaycan xalqını təbrik edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ulu öndə Heydər Əliyevin Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi "bir millət-iki dövlət”, Mustafa Kamal Atatürkün isə "Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” fikirlərini səsləndirərək, bu qardaşlığın daimi və əbədi olacağına əminlik ifadə edib.Sonra qarşılıqlı xatirəhədiyyələri tədim olunub, xatirə şəkli çəkdirilib.