ANA SƏHİFƏ / İDMAN

Dünya Çempionatı-2018: 1/8 finalın son cütlüyü Belçika və İngiltərə oldu

3340    |   2018-06-29 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun son oyunları keçirilib.Adalet.az xəbər verir ki, "G” qrupunda İngiltərə-Belçika, Panama-Tunis oyunları baş tutub.

İngiltərə-Belçika yaşıl meydana qrup liderliyi uğrunda mübarizə üçün çıxmışdı. İlk dəqiqələrdən daha əzmli oyun keçirən Belçika 51-ci dəqiqədə hesabı açıb. Adnan Yanuzayın vurduğu qol oyunda yeganə olub. Beləliklə, 1:0 hesabı ilə qalib gələn Belçika qrup lideri kimi 1/8 finala çıxıb.

Panama-Tunis oyununda isə tamaşaçılar 33-cü dəqiqədə qol görüb. Meriah avtoqol müəllifi olaraq Panamanı hesabda önə çıxarıb. Amma 51-ci dəqiqədə Ben Yussef fərqlənərək hesabı bərabərləşdirib. 66-cı dəqiqədə isə Khazri daha bir qol vuraraq oyunun taleyini həll edib. Oyun Tunisin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbəyə baxmayaraq, qrupdan 1/8 finala Belçika və İngiltərə milli komandaları çıxıb.





İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK