adalet.az header logo
  • Bakı 19°C
29 Iyun 2018 09:27
21441
SİYASƏT
A- A+

Millət vəkilindən sərt təklif - VİDEO

"Monitorinq qrupunu təmas xəttinə buraxmayaq”

"ATƏT-in monitorinq qrupunu cəbhə xəttinə buraxmaq olmaz”. Bunu REAL-a müsahibəsində millət vəkili Aqil Abbas deyib. Onun sözlərinə görə, qrupun üzvləri cəbhə xəttində Azərbaycan ordusunun postlarını, dislokasiya yerlərini görür və erməni tərəfə çatdırır: "Hər gün azı 130-140 dəfə atəşkəs pozulur. Monitorinq qrupu gələndə bir neçə saatlıq fasilə yaranır. Qrup onu yoxlayır ki, biz bir addım irəli getmişik, ya yox. İrəliləmiş olsaq, geri qayıtmağı tələb edəcəklər. Monitorinq bitən kimi atəşkəsin pozulması davam edir”.