adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
28 Iyun 2018 17:54
11692
DÜNYA
A- A+

Nazarbayevin ömürlük lider olması təsdiqləndi

Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etmək səlahiyyətləri verən qanun və dəyişikliklər Qazaxıstan milli qanunvericiliyinə uyğundur.

Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstanın Konstitusiya Məhkəməsinin çıxardığı qərarda deyilir. Bununla da, Nazarbayevin ömürlük lider olması təsdiqlənib.

Qeyd edək ki, Qazaxıstan senatının 31 may qərarı ilə Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib. Sənəddə vurğulanır ki, "ölkənin ilk prezidentinin tarixi misiyası nəzərə alınaraq, Təhlükəsizlik Şurasına ömürlük sədrlik etmək hüququ ona məxsusdur.”

Xatırladaq ki, Nursultan Nazarbayev 1990-cı ildən bu günədək Qazaxıstanın prezidentidir. 2015-ci ildə o, seçicilərin 97,75 faizinin etimadının qazanaraq, beşinci dəfə prezident seçilib.