adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyun 2018 17:22
7327
DÜNYA
A- A+

Rusiya Suriyadan qoşunların bir hissəsini çıxarıb

Rusiya prezidenti Vladimir Putin Suriyadan canlı qüvvə və hərbi texnikanın çıxarılması barədə bəyanat verib.

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, son günlərdə Suriyadan 1140 rus hərbçisi, həmçinin 14 helikopter və 13 təyyarənin də çıxarıldığını bildirib.

"Onlar hər biri hərbi əməliyyatlarda iştirak etmiş və təcrübə qazanmış insanlardır” – Putin bəyan edib.

Həmçinin Rusiya prezidenti bu insanların təcrübəsindən gələcəkdə rus hərbçilərinin təlimində istifadə ediləcəyini bildirib.

Qeyd edək ki, Suriyadakı Rusiya hərbçilərinin saxlanılması rəsmi Kremlə kifayət qədər baha başa gəlir. Buna görə də Rusiya prezidenti Vladimir Putin Oradakı hərbi kontingenti ixtisara salmağı çoxdandır planlaşdırırdı. Hələ 2016-cı ildən başlayan məsləhətləşmələr 2017-ci ilin dekabrında Putinin Xmeymim bazasına səfəri zamanı ilk addım atılması və lazımi göztərişlərin verilməsi ilə naticələnib.