adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyun 2018 15:14
8249
İDMAN
A- A+

İspanlar biletlərin baha olmasından şikayətlənirlər

Futbol üzrə Dünya Çempionatının 1/8 finalında Rusiyayla qarşılaşacaq İspaniya millisinin azarkeşləri biletlərin hədsiz dərəcədə baha olmasından şikayət edirlər. Bu barədə Visit Rusiyanın İspaniya, Portuqaliya və Latın Amerikası üzrə direktoru Marlen Rodriqes "R-sport”a verdiyi müsahibədə bildirib. 

Xanım Rodriqes deyib ki, Mərakeşlə oyundan sonra onlara çoxlu zənglər gəlir və Rusiya ilə oyunun biletlərinin qiymətləriylə maraqlanırlar. Ancaq hazırda 1100 dollaradan aşağı bilet tapmaq mümkün deyil. Bu məbləğəsə heç kim bilet almaq istəmir. O, bilet satışının yaxşı təşkil olunmadığından da narazılıq edib. Deyib ki, bir də görürsən hansısa oyuna biletlərin satılıb qurtardığı bəyan edildikdən bir gün sonra yenidən həmin oyuna bilet satışı başlayır.