adalet.az header logo
  • Bakı 18°C
28 Iyun 2018 15:09
7879
DÜNYA
A- A+

Türkmənləri ölkədən çıxmağa qoymurlar

Türkmənistanda 40 yaşından aşağı vətəndaşların ölkədən çıxmasına qadağa qoyulub. Bununla bağlı hər hansı qanun və ya rəsmi qərar qəbul edilməsə də ölkənin miqrqsiya xidməti bu qadağanı qeyri-rəsmi olaraq tətbiq edir. 

"Azadlıq” radiosunun Türkmənistan xidmətinə danışan Daşoğuz şəhər sakini bildirib ki, miqraqsiya xidmətindən ona deyilib ki, idarəyə bu barədə yuxarıdan şifahi təlimat göndərilib. Qadağaya səbəb isə ölkədə işçi qüvvəsi çatışmazlığıdır. "Artıq vilayətdə əmək qabiliyyətli bir kimsə qalmayıb” – deyə məlumatda deyilir. Bu ilin aprelində mətbuat belə bir qadağanın 30 yaşdan aşağı vətəndaşlar üçün tətbiq edildiyini yazırdı. Ümumiyyətlə, son illər işsizlik, qiymət artımı və yüksək inflyasiya səbəbindən türkmənlər kütləvi şəkildə öz ölkələrini tərk edirlər. Maraqlıdır ki, ölkəni tərk eləyənlərin mütləq əksəriyyəti də elə işsizlərdir. Əgər ölkədə işçi qüvvəsinə ehtiyac varsa, onda adamlar niyə öz yurd-yuvasını atıb gedirlər?!