adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyun 2018 15:54
10351
İDMAN
A- A+

Almaniya millisi üzr istədi

Almaniya millisi DÇ-2018-dəki uğursuz çıxışına görə azarkeşlərinə müraciət edib.

Qol.az xəbər verir ki, Bundestimin rəsmi Tvitter hesabındakı üzrxahlıq mesajında deyilir:

"Hörmətli azarkeşlər, biz də sizin kimi məyusuq. Dünya çempionatı hər dörd ildənn bir keçirilir. Təəssüf ki, dünya çempionu kimi oynamadıq. Buna görə də turniri tərk etməyə layiq idik. Sizin dəstəyiniz həm Almaniyada, həm dəmundialda gözəl idi. Rio-2014-də birlikdə bayram etdik. Ancaq etiraf etməliyik ki, bu dəfə rəqiblərimiz güclü idi. İsveçrə və Meksikanı qrupdan çıxması, Cənubi Koreyanı qələbə münasibəti ilə təbrik edirik. Rusiyaya isə qonaqpərvərliyinə görə təşəkkür edirik!"

Xatırladaq ki, dördqat dünya çempionu tarixində ilk dəfə mundialın qrup mərhələsindən çıxa bilməyib.