adalet.az header logo
  • Bakı 20°C
28 Iyun 2018 15:49
15813
MƏDƏNİYYƏT
A- A+

Qremmidə böyük dəyişiklik oldu

Musiqi dünyasının ən prestijli mükafatlarından biri olaraq qəbul edilən Qremmi mükafatında böyük yeniliklər olacaq.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə Qremmi mükafatının dörd böyük kateqoriyada namizəd sayı beşdən səkkizə çıxarıldı.

Qadın sənət adamlarına daha az mükafat verildiyi iddia edilərək tənqid olunan Qremmidə bundan sonra daha çox qadının namizəd ola biləcəyi düşünülür. Qremmidəki dəyişiklik ən prestijli dörd kateqoriyaya təsir edəcək: ən yaxşı albom, ən yaxşı səs yazısı, ilin mahnısı və ən yaxşı musiqiçi.

Qremmi Akademiyasından verilən açıqlamada bildirilib ki, kateqoriyalarda daha çox seçim imkanının olması səs verənlərin bu il ən yaxşılarını daha rahat seçmələrinə şərait yaradacaq.