adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2018 15:29
17929
MƏDƏNİYYƏT
A- A+

Bakıda ruhsal konsert olacaq

İyunun 30-da "ETUD Cafe&Bar”da qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq.

Təşkilatçıların Kulis.az-a verdiyi məlumata görə, konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq.

Sanskrit və Azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir: "Konsert zamanı tamaşaçılar gözünü yumub rahat və sakit vəziyyətə qərq olacaqlar. Musiqiçi Yogaddin öz dostları ilə insanlara hüzur dolu bir aləmə səyahət etdirəcəklər.”

Konsertdə Yogaddin (Vocal , Qarabağ kamanı), Həsən (Drums & Percussions), Elvin İsmayıllı (Tar, Varqan), Ülviyyə (Back vocal), Fidan (Piano) çıxış edəcəklər.