Məmmədyarov səfirlə sağollaşdı
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Adalet.az-a verilən məlumata görə, görüşdə tərəflər iki qonşu ölkə olan Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıvlar.
Qeyd olunub ki, iki dövlət beynəlxalq münasibətlərin gündəliyində duran bir çox vacib məsələlər üzrə ənənəvi olaraq həmrəylik göstərir və bölgənin inkişafına xidmət edən mühüm layihələri uğurla həyata keçirirlər.
T.Şaraşenidze diplomatik fəaliyyət illəri ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş və səmimi təəssüratlarla ayrıldığını vurğulayıb.
E.Məmmədyarov fəaliyyəti müddətində T.Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib və gələcək fəaliyətində uğurlar arzulayıb.
Digər Xəbərlər
23 Aprel 2024 20:33
Bakı və İrəvan vasitəçi olmadan danışırlar - Şarp
23 Aprel 2024 19:46Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm - Metyu Brayza
23 Aprel 2024 19:29"Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar" - Prezident
23 Aprel 2024 18:43İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı
23 Aprel 2024 18:23