adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Iyun 2018 15:03
8586
İDMAN
A- A+

DÇ:2018-də qrup mərhələsi başa çatır

Bu gün dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Adalet.az xəbər verir ki, keçiriləcək dörd oyunla son iki 1/8 final cütü müəyyənləşəcək.

H qrupunda Yaponiya və Polşa milliləri üz-üzə gələcək. Polşa millisinin pley-off şansı olmasa da, yaponlar qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışacaq. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir.

Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşacaq. Afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cüdür. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirsə, Kolumbiya mütləq qalib gəlməlidir. H qrupunun oyunları saat 18:00-da başlayacaq.

G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparaq. Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışacaq. G qrupunun matçlarının start fiti isə saat 22:00-da çalınacaq.