adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Iyun 2018 16:28
8523
İDMAN
A- A+

Runi ABŞ klubunda

"Everton”un hücumçusu Ueyn Runi karyerasını ABŞ çempionatında davam etdirəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ingilis futbolçu "Di Si Yunayted”ə keçməyə yaxındır. 32 yaşlı forvard artıq Vaşinqton klubu ilə 2,5 illik müqavilənin şərtlərini razılaşdırıb. Anlaşmaya əsasən, Runi yeni komandasında ümumilikdə 13 milyon avro qazanacaq. Bununla da o, ən yüksək maaşlı futbolçu kimi "Di Si Yunayted”in tarixinə düşəcək.

Qeyd edək ki, təcrübəli futbolçunun "Everton”la hələ 1 illik müqaviləsi qalmışdı.