Keçmiş məhkum narkotik satarkən tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz rayonunun Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədov qurudulmuş marixuana satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Bu zaman evdən sellofan torbanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan torbanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.