ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Gənc yazarların qələminə verilən dəyər bizləri daha da ruhlandırır”

12793    |   2018-06-28 11:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müsahibimiz "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin sədri, şair-publisist Lamiyə İsazadədir.

-Lamiyə xanım bu yaxınlarda yeni kitabınız işıq üzü gördü. Maraqlı mövzuya toxunduğunuz kitabın ideyası barəsində danışardınız?

-Bildiyiniz kimi, ailə, qadın və uşaq problemlərinin həlli və vətəndaş hüquqlarının müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Biz də dövlətimizin bu siyasətinə sadiq qalaraq "məişət zorakılığı”, "valideyn məsuliyyəti”, "uşaq hüquqları” və digər anlayışları açıq şəkildə izah edəcək "Ailə və Uşaq” adlı kitab çap etdirdik. Biz hər zaman Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu əsasən milli mentalitetimizdən irəli gəlir. Bəs bu gün ailələr uşaqlarına yetərincə diqqət, qayğı, sevgi göstərirlərmi? Uşaqlarını düzgün tərbiyə etməyi bacarırlarmı? Uşaq psixologiyası haqqında az da olsa məlumatları varmı? Uşaqları cinsi istismardan qorumağın yollarını bilirlərmi? "Ailə və Uşaq” kitabını oxuyan hər bir valideyn bütün bunlardan məlumatlı olacaq, bir çox bilgilər əldə edəcəkdir. Bu kitabı yazmaqda əsas məqsədimiz valideynləri, gələcəyin valideyn namizədlərini uşaq psixologiyası haqqında daha geniş maarifləndirmək, övladlarını dövlətimizə, cəmiyyətimizə layiqli vətəndaş kimi böyümətlərinə yardımçı olmaqdır.

- Ailə və uşaq məsələsi daha həssas məsələdir. Son zamanlar isə uşaqlara qarşı zorakılıq halları artıb bu məsələ barəsində nə deyə bilərsiniz?

- Dünyanın hər bir ölkəsində uşaqlar şiddətə, zorakılığa, cinsi istismara məruz qalır. Ənənələr və sosial təzyiqlər isə uşaqların məruz qaldığı zorakılığa sanki göz yumur. Zorakılıq sadəcə uşaqların fiziki və zehni inkişafına deyil, eyni zamanda cəmiyyətin də inkişafına zərər verir. Dünyada hər dörd uşaqdan biri fiziki zorakılığa məruz qalır. Evdəki zorakılıqlara şahidlik, uşaqlara və onların gələcəyinə ciddi şəkildə təsir edir. Valideynlərin çoxu uşağın şiddətdən təsirlənməyəcəyini və ya tez bir zamanda unudacağını düşünür, lakin uşaq heç nəyi unutmur. Uşaqlar həyatı valideynləri ilə qurduqları münasibətdən öyrənirlər. Şiddət, zorakılıq olan bir evdə, uşaq da evdən kənarda şiddət tətbiq etməyə başlayar və bunu təbii qəbul edər. Uşaqlara zorakılıq, fiziki şiddət tətbiq etməyin. Şəxsiyyəti alçaldacaq sözlər söyləməyin. Uşağınıza hörmət edin. Səhv etsə belə, hər zaman onun yanında olacağınızı hiss etdirin.

-Yaradıcılıq işləriniz bizə çox maraqlıdır. Bu barədə nə deyə bilərsiniz?

-Yaradıcılıq işlərim öz axarı ilə, uğurlu bir şəkildə davam edir. Bu gün dövlət başçımız cənab İlham Əliyevin biz gənclərə diqqət və qayğısı çox yüksək səviyyədədir. Dövlətimiz tərəfindən gənc yazarların qələminə verilən dəyər isə bizləri daha da ruhlandırır. Onu da qeyd edim ki, bu il Prezident təqaüdünə layiq görüldüm. Başda cənab prezidentimiz olmaqla, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə, katibi Rəşad Məcidə dərin minnətdarlığımı bildirirəm, məni bu ada layiq gördükləri üçün. "Prezident təqaüdçüsü” adı, mənə gələcəkdə daha da keyfiyyətli işlər ərsəyə gətirməyimə stimul verəcək.



İmza:

Azərbaycanda şair olmaq çox gülməlidir - MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK