ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"KİTAB MƏNƏVİ SƏRVƏTİMİZDİR"!!

1629    |   2018-06-28 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

MAİS
YANARDAĞ

Son illər ümumilikdə kitaba maraq olduqca azalıb. Mən bir daha kitab haqda bəzi məlumatları yada salmaq istədim.
Hörmətli oxucular, kitab haqqında yüzlərlə alim, filosof ən qiymətli fikir söyləyib. M.Qorki demişdir: "Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam".
Bəli, bu gün bir an fikirləşib, götür-qoy edərkən adama elə gəlir ki, o, dahi yazıçı ömrünün payız fəsli, öz iş otağında dünyanın müxtəlif alimlərinin, yazıçılarının, şairlərinin kitabları arasında olarkən onlara baxıb bu kəlamı işlətmişdir. Bu gün biz də harda isə oturub az fikirləşsək, görərik ki, kitablar bizə nələr verməyib. Nələr yoxdur bu kitablarda? Axı hər bir kitab, bir yazıçı, bir alim, sənətkar təfəkkürünün gündüz günəş, gecə lampa işığına yanmasının məhsulu, təfəkkür duyğulardır. Hər dəfə bir kitaba yanaşıb, onu oxuyub qurtarandan sonra bir müddət o hisslərlə yaşamalı olursan. Orda cərəyan edən hadisələrə qarşı səndə lazımi fikirlər, duyğular yaranır. Biz keçmiş nəsil oxuduğumuz kitablardan aldığımız təəssüratla öz həyatımızı qurmağa çalışmışıq - ona görə də Azərbaycan alimlərinin, elm xadimlərinin səsi-sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Kitab alimlər, ziyalılar, dahilər ordusu yaradıb. O, dahilər həmin kitablardan aldıqları biliklə hər vaxt cəmiyyəti, ölkəni idarə ediblər. Ancaq keçmiş İttifaq dağılandan sonra, ölkə daxilində hərci-mərclik yarandı və kitabdan, elmdən, dünya mədəniyyətindən xəbərləri olmayanlar hakimiyyətə gəldilər. Ölkədə xaos yarandı. Elmdən, kitabdan xəbərsiz olduqları üçün ölkəyə yiyəlik edə bilmədilər. Şükürlər ki, hakimiyyət elmli liderlərin əlinə keçdi. Bu başqa bir mövzudur. Ancaq müdrik adamlar, savadlı xalq həmişə kitab dünyasına inamla yanaşıb, onu qoyub, ondan mənəvi zövq alıblar.
Hələ vaxtı ilə əsrin ikinci yarısından sonra, yəni 60-70-ci illərdə, oxucular kitab xəzinəsi olan kitabxanalardan kitab almaq üçün saatlarla növbəyə durardı.
Vaxtı ilə kitabxananın oxu zalı üçün növbə gözləyən sevimli şairimiz Tofiq Bayram yazırdı:

Burda hamıdan əvvəl, mən açardım qapını,
Unudub ləzzətini "futbol" meydançasında.
Bir ay növbə gözləyib, nağıllar kitabını
Bir nəfəsə oxudum qiraət otağında.

-Bəli, bu bir həqiqətdir. Və hər bir kitab insan zəkasının misilsiz kəşfidir. Hər bir xalqın maddi və mənəvi tərəqqisini kitabsız təsəvvür etmək mümkün deyil, fiziki və zehni əməyin nailiyyətlərini əbədiləşdirən onu yaddan çıxmağa, unudulmağa qoymayan kitabdır. O, bilik, təcrübə ədəb xəzinəsidir. Bəşəriyyətin paslanmış çürüməz əbədi yaddaşıdır.
Kitablar xalqlar, nəsillər arasında, uçulmaz dağılmaz körpüdür. Təsadüfi deyil ki, nəinki alimlər bütün dünyada savadsız, zəhmətkeş insanlar və həmişə kitabı əziz tutub, onu evinin ən təmiz güşəsində saxlayıb onu ən qiymətli hədiyyə kimi qoruyub. Elə buna görə də tarixi təlatümlər dövründə, amansız işğalçıların ölkələri, kəndləri təlan edib, yerlə-yeksan etdikləri dövrlərdə də kitablar qorunub, hifz edilib.
Azərbaycan kitabının əsrləri əhatə edən uzun tarixi var. O, qayalara, daşlara həkk olunmuş, yazılardan başlayaraq ədiblərin son dərəcə nəfis divanları ilə yeni mərhələyə qalxdı. Ən məşhur dahiləri kitablar yaşatdığı kimi, bütün bu işıqlı zəka sahibləri kitablar qarşısında borcludular. Azərbaycanda ilk kitabların yaranması orta əsrlərə aiddir. Bu kitablar çap yolu ilə deyil, məşhur xəttatlar tərəfindən üzü köçürülməklə meydana gəlirdi. Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda yüzlərlə belə kitab saxlanılır.
Azərbaycan dilində ilk 204 səhifəlik "Qanuni-cədid" kitabı 1780-ci ildə Peterburqda nəşr edilmişdir. Azərbaycanda isə kitab çapı XIX əsrdə inkişaf edib. 1812-ci ildə Təbrizdə litoqrafiya dəzgahı qurulmuşdur. XIX əsrin 30-cu illərində Təbrizdə, Şuşada, 50-ci illərdən sonra isə Bakı, Şamaxı və Gəncədə mətbəələr yaradılmışdı.
Əziz oxucular! Əsrlər bir-birini təkrar etmədiyi kimi əsərlər də bir-birini təkrarlamır. Əgər bu təkrarlıq olsaydı, çox cansıxıcı olardı. Nə yaxşı ki, bir-birinə bənzəməyən əsrlər maraqlı əsərlərlə, insanlarla zəngin olmuşlar. Bu zənginləşmə hər vaxt olduğu kimi bu gün də davam edir.
Fikrimin bu yerində mən çox dəyərli bir fikiri də sizin yadınıza salmaq istədim: keçən əsrin 2-ci yarısında hər hansı bir yazarın yazdığı yazı mütləq ədəbi senzuradan keçməli idi. Ona görə də, hər bir yüngül yazı mətbuatda özünə lazımı yer tuta bilməzdi. Bu gün ədəbi tənqid-senzura olmadığından məzmunca yorucu yazarların sayı mətbuatda özünə əsaslı yer tutur. Bir sıra bu kimi fikirləri görüb, mən də bu yaxınlarda "Bu da axırı" adlı bir "kitab" çap etdirdim. Kitabda şeir, hekayə, povestə aid mövzular yoxdur. Kitab, yazarın cəmiyyətə baş verən hadisələri publisist şəkildə əks etdirir. 100 dan həcmində çapdan çıxan və yaxınlara hədiyyə olunan bu kitabın bir nüsxəsin də uzun illər rəhbər vəzifələrdə işləmiş, kənardan-kənara bir-birimizə salam verdiyimiz respublika ağsaqqallar şurasının üzvi, ölkədə tanınmış insan, Zəngəzur dağlarının təmiz havasından, bəhrələnən ziyakarlıqdan, xəyanətkarlıqdan, xəbislikdən, ikiüzlülükdən uzaq, sadə, səmimi, keçmişdən bizə miras qalmış, əxlaq və adətləri qoruyub saxlamağa çalışan Quliyev Tahir müəllimə vermişdim. Tahir müəllimlə son vaxtlar tez-tez görüşlərin birində dedi: "Mayis müəllim, sizin "Bu da axırı" kitabınızdakı Zəngəzur, Kafan, Dərələyəz dağlarına "he-hey"lə çağırışınız o dağları-orada axan çayları, soyuq bulaqları, sus qayaları, müxtəlif dərman otlarını, gülləri, çiçəkləri yadınıza salar". Mən çox pərişan oldum, qəhərləndim. Deməli, o, boyda şəxsiyyət bir oxucu kimi məni oxuyub, məni duyub, məni anlamışdı.
Burada bir haşiyə yadıma düşdü. Aqillərdən kimsə demişdir. "Mən elə bir oxucu istərdim ki, məni oxuyarkən mənimlə yaşasın". Bəli, Tahir müəllim bir oxucu kimi məni oxuyarkən mənim duyğularımla, harayımla yaşamışdır, mənimlə yaşamışdır.
Hörmətli oxucular! İndiki - siz oxucular dini kitabları, gecə-gündüz masaüstü, baş altı kitablar etdiyiniz halda, elmi kitabların oxunmasına da çalışın. Axı cəmiyyətimizin keçərək inkişafı elmin təhsilin haqqında kitablardan çox-çox asılıdır.



İmza:
SON XƏBƏRLƏR
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK