adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyun 2018 11:24
10237
DÜNYA
A- A+

ABŞ BMT ölkələrini İrana qarşı birləşməyə çağırdı

Vaşinqton İrana qarşı sanksiyalar siyasətini davam etdirmək niyyətindədir və BMT Təhlükəszilik Şurasının (TŞ) digər üzvlərini də ona qoşulmağa çağırır.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Conatan Koen deyib.

"Yeni sanksiyalar bizim sərt mövqeyimizi nümayiş etdirir və bu cür sanksiyalar davamlı olacaq”, – deyə Koen vurğulayıb. O, həmçinin, İranı silah satışına qadağa daxil olmaqla, BMT TŞ-nın qətnamələrini pozmaqda ittiham edib.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçıları, o cümlədən Avropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasına tərəfdardırlar. Lakin Avropaya inanmadığını deyən Tehran, uranın zənginləşdirilməsinə dair qərar qəbul edib.