adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyun 2018 11:09
11347
SİYASƏT
A- A+

Tramp-Putin görüşünün gündəliyi açıqlandı

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı iqtisadi əlaqələr də daxil olmaqla Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens "Bloomberg” agentliyinə müsahibəsində bildirib.

"Görüş zamanı Rusiyanın Böyük Yeddilik (G7) ölkələri qrupa qayıtması müzakirə olunacaqmı” sualına M. Pens "Fikrimcə, çox şey müzakirə ediləcək. O, (Tramp-кув) əvvəllər də prezident Putinlə artıq bunu müzakirə edib. Ümidvarıq ki, bu məsələ yenidən müzakirə ediləcək”, - deyə cavab verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bəyan edib. Tramp görüşün Helsinkidə NATO-nun 11-12 iyul sammitindən sonra keçirilə biləcəyini söyləyib.