ANA SƏHİFƏ / SİYASƏT

"AŞPA-nın sanksiyaları artıq keçmişdə qalmış məsələdir"

3687    |   2018-06-27 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, qurumun vitse-prezident seçilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Adalet.az xəbər verir ki, S. Seyidov APA-ya açıqlamasında bildirib ki, sanksiyalar yalnız bir neçə nəfər və komitə tərəfindən qoyulub.

"Bu sessiyada sanksiyaların nə qədər əhəmiyyətsiz olduğu göründü. AŞPA-da vitse-prezident seçilmək özü özlüyündə böyük addımdır. Bildiyiniz kimi, seçilmə rotasiya qaydasında keçirilir. Burada qayda belədir ki, buna etiraz edə bilərdilər. Ancaq bir nəfər belə qalxıb etiraz etmədi. Onlar özləri də bilirlər ki, mən 18 illik fəaliyyətim boyunca həm Avropa Şurasının dəyərlərini, həm Azərbaycanın maraqlarını müdafiə etmişəm", - deyə S. Seyidov bildirib.

S. Seyidov qeyd edib ki, AŞPA sanksiyaları artıq keçmişdə qalmış məsələdir: "Fəaliyyətimizi görürsünüz, nümayəndə heyətimiz çıxış da edir, siyasi partiyalarda vitse-prezidentlərimiz də var. Elşad Həsənov hüquq məsələləri üzrə məruzəçi kimi növbəti sessiyada çıxış edəcək. Azərbaycanı istəməyən qüvvələr çox çalışırlar, fəaliyyətdədirlər. Ancaq həqiqət öz yerini tutur. Nümayəndə heyətinin rəhbəri kimi biz bu sessiyada Azərbaycanın mövqeyini çox yüksək səviyyədə müdafiə edə bildim".




İmza:

Hadi Rəcəbli litvalı deputatlarla görüşdü

Azərbaycan və Aİ arasında yeni saziş üçün danışıqların vaxtı AÇIQLANDI

İlham Əliyev: "Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir"

İlham Əliyev: “Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”

Milli Məclisin xüsusi iclası başa çatdı

İlham Əliyev Binəli Yıldırımla görüşdü - YENİLƏNİB

Binəli Yıldırım azərbaycanca DANIŞDI: “Azərbaycana soyuq dəysə, biz xəstələnərik”

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Oqtay Əsədov: “Biz bir məqsədə qulluq edirik”

Qüdrət Həsənquliyev: “Növbədənkənar parlament seçkiləri qərarı olsa...”

Milli Məclis bu gün xüsusi iclasa toplanır

Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun üzvlərinin görüşü olub

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK