adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyun 2018 16:21
10146
DÜNYA
A- A+

Tramp köməkçisini Putinlə görüşə göndərdi

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizik məsələləri ürə köməkçisi Con Bolton Rusiyaya səfəri çərçivəsində ilk rəsmi görüşünu xarici işlər naziri Sergey Lavrovla keçirib.

Adalet.az "TASS”a istinadən xəbər verir ki, görüş Rusiya XİN-in Spiridonovkadakı binasında baş tutub.
Boltonun Lavrovla 2 saata yaxın davam edən görüşü media və ictimaiyyətə qapalı şəkildə keçirilib. 

Danışıqların başlıca mövzularından biri ABŞ və Rusiya prezidentlərinin görüşünü hazırlamaqdır.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Bolton bu gün Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək. Onun sözlərinə görə, ABŞ və Rusiya rəsmiləri o qədər də intensiv əlaqə saxlamırlar. Bu səbəbdən, belə görüşlər beynəlxalq münasibətlərin başlıca problemləri üzrə fikir mübadiləsi aparmaq, həmçinin ABŞ və Rusiyanın ikitərəfli əlaqələrində hökm sürən kədərli vəziyyəti müzakirə etmək üçün istifadə olunur.

Bundan əlavə, Con Bolton Putinin köməkçisi Yuri Uşakovla da görüşəcək.