Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Avropa İttifaqının ikiüzlü mövqeyi - Türkiyədən sərt cavab Adalet.az | Avropa İttifaqının ikiüzlü mövqeyi - Türkiyədən sərt cavab Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Avropa İttifaqının ikiüzlü mövqeyi - Türkiyədən sərt cavab

6186    |   2018-06-27 16:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa İttifaqı (Aİ) Şurasının Türkiyənin quruma üzvlüyü ilə bağlı mövqeyi ikiüzlü və əsassızdır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda əks olunub.

Bildirilib ki, Aİ Şurasının 26 iyundakı iclasında qəbul edilən sənədlərin Türkiyə ilə bağlı hissəsi İttifaqın Ankaraya qarşı qərəzli və qanuni idarəçiliklə uzlaşmayan mövqeyini əks etdirir.

"Həmin sənədlərdə ölkəmizin üzvlüyə namizədlik statusuna xələl yetirilməklə yanaşı, "Avropa İttifaqının genişlənməsi” bölümündə qoşulma müddətimizin sonrakı prosesinin məntiqsiz bir səbəb-nəticə əlaqəsi üzündən yeni şərtlərə bağlanmasını heç bir şəkildə qəbul etmirik”, – deyə Türkiyə XİN-in bəyanatında qeyd olunub.

Həmçinin bildirilib ki, həm Türkiyə, həm də Aİ-nın maraqlarına xidmət edəcək Gömrük İttifaqı üzrə əməkdaşlığın yenilənməsinin şərtlərlə əlaqələndirilməsini anlamaq çətindir.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı Şurasının genişlənmə məsələsinə dair təqdim etdiyi qətnamə layihəsində ölkədəki hüquq və azadlıqların müxtəlif sahələrində müşahidə olunan neqativ tendensiyalara görə Türkiyənin Aİ-dən getdikcə uzaqlaşdığı, bu səbəbdən Avropa İttifaqına daxil olması üçün Ankara ilə aparılan danışıqların dalana dirəndiyi bildirilib.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK