adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Iyun 2018 16:07
17330
KRİMİNAL
A- A+

11 ev yaran oğru 6 ildən sonra tutuldu

Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmini, vətəndaşların əmlakına zərər vuran şəxslərin saxlanılması, o cümlədən ötən illərdən bağlı qalmış cinayət faktlarının aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat XidmətininBərdəregional qrupundan Adalet.az-a verilən məlumata görə,Tərtər RPŞ-nin əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bağlı qalmış 11 oğurluq hadisəsi açılaraq istintaqa təhvil verilib.

Tərtərrayon sakinlərinin şikayət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Hacıqərvənd kəndi ərazindən 4 və rayon ərazisindən 7 mənzildən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Ramin Əliyev saxlanılıb. Araşdırmalarla onun 2012-ci ildən 2018-ci ilədək 11 evdən oğurluq edərək vətəndaşlara 35 min manatdan yuxarı ziyan vurduğu məlum olub. R. Əliyev oğurlanan qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirlir.