ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad naziri ilə görüşdü

8082    |   2018-06-27 15:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 27-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehininbaşçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Nazir qonaqları salamlayaraq Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsinin önəmini vurğuladı və bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin uğurlu təşkilinə və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirdi, ölkəmizin nümayəndə heyətinin İran səfərindən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırdı. Vurğulandı ki, qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək.

İyunun 20-də "Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” tədbirlərinin açılış mərasimində İranın mədəniyyət və islami irşad nazirinin müavininin fəal iştirak və çıxışından razılığını ifadə edən Əbülfəs Qarayev bu iştirakı münasibətlərimizin sıx və möhkəmliyinin nümunəsi kimi dəyərləndirdi.

İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin çox uğurla keçirildiyini və ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandığını bildirdi. O, ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı müzakirə edilən məsələləri diqqətə çatdırdı, Azərbaycanda özlərini heç də qonaq kimi hiss etmədiklərini vurğuladı. Qeyd olundu ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün böyük potensial var: "Bir tərəfdən xalqlarımızı birləşdirən mədəni və tarixi köklər, digər tərəfdən isə hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması buna əminlik yaradır. Ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlərimiz arasında imzalanan sazişlər göstərir ki, ikitərəfli əlaqələr üçün yetərincə hüquqi baza mövcuddur. Bu da mədəni sahədə çoxsaylı proqramları icra etməyə geniş imkanlar yaradır. Həm tarixi, həm də mədəni irsimizin yaxınlığı, eyni zamanda sadaladığım məqamları nəzərə alaraq hər iki ölkənin mədəniyyət nazirləri olaraq biz bu fürsətləri yetərincə dəyərləndirməli, əlaqələrin davamlı və əhatəli olması üçün bacardığımız qədər imkanlardan istifadə etməliyik”.

Seyid Abbas Salehi qeyd etdi ki, İranın Təbriz şəhərinin "İslam ölkələrinin turizm paytaxtı”, Azərbaycanın Naxçıvan şəhərinin "İslam mədəniyyətinin paytaxtı” elan edilməsi müştərək layihələri gerçəkləşdirmək üçün yeni imkanlar yaradır. Bu gün Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi mədəni əlaqələrdə yeni bir mərhələnin başlanğıcıdır. Nümayəndə heyətinin Azərbaycana səfərinin də başlıca məqsədi yeni əməkdaşlıqlara başlamaq üçün potensialların axtarılmasıdır.

Nazir Əbülfəs Qarayev Azərbaycanın İranla mədəni əlaqələri genişləndirmək fikrində olduğunu dedi: "Düşünürəm ki, mədəniyyət günləri çərçivəsində hər iki ölkənin mədəniyyət sahəsində çalışan rəsmilərinin görüşləri öz bəhrəsini verəcək. Azərbaycanda İran Mədəniyyət Mərkəzinin müsbət fəaliyyətindən razılığını ifadə edən nazir qarşılıqlı olaraq kino, rəssamlıq, muzey işi və digər sahələrdə əməkdaşlığın vacibliyini vurğuladı: "Xalqlarımızı bir-birinə yaxın edən memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyatımız var. Bu sahədə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas qolunu təşkil edir. Azərbaycan-İran mədəni əlaqələrində teatr sahəsinin də öz mövqeyi var. Azərbaycan teatrları mütəmadi olaraq İranda keçirilən beynəlxalq teatr festivallarında uğurla iştirak edirlər. İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq informasiya mübadiləsi üçün geniş imkanlar yaradır”.

Kino sahəsində əməkdaşlığınönəmini xüsusi vurğulayan Əbülfəs Qarayev bu istiqamətdə işbirliyinin perspektivlərini diqqətə çatdırdı. Vurğulandı ki, mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir.

Görüş iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdi.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK