adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyun 2018 14:44
7881
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyilə milli ailə dəyərlərinin təbliği Zaqatalada davam edib

"İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi layihə çərçivəsində Zaqatala rayonunda tədbirlər keçirib.

"Milli ailə dəyərlərinin və məişət zorakılğının aradan qaldırılması yollarının təbliği, gənclər və gənc ailələrlə görüşlərin təşkili” layihəsi çərçivəsində tədbirlər rayonun 5 kəndində (Yuxarı Tala. Aşağı Tala, Suvagil, Gözbarax və Mamrux) təşkil edilib. Tədbirlərdə kəndlərin icra nümayəndələri, Mədəniyyət evlərini və təhsil müəssisələrinin işçiləri, kənd əhalisi iştirak ediblər.

Tədbirlərdə layihənin eksperti çıxış edərək layihənin donoru və məqsədi haqqında məlumat verib. Gənclər, gənc ailələr arasında ailə dəyərlərinin qorunub saxlanılmasından, gənc nəslin tərbiyəsində ailə adətlərimizin tətbiqinin və çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsini qoruyub gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışılıb.

Kəndlərin icra nümayəndələri, tədbir iştirakçıları belə görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.