adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyun 2018 14:41
20895
İDMAN
A- A+

ARGENTİNA ADAMIN AĞZINDAN KÖPÜK GƏTİRİR

Bəhlul Danəndə Harun ər-Rəşidə həmişə ədalətsizlikdən şikayət edirdi. Təbii ki, xəlifə də onunla razılaşmırdı.

Bir gün kimisə öldürürlər. Bəhlul Danəndə dediklərini sübut eləmək üçün yalandan deyir ki, mən öldürmüşəm. Xəlifə də deyir onu asın. Camaatı yığırlar meydana, Bəhlulu asırlar. Kəndirdə çabalayanda, ağzından köpük töküləndə birdən xalqın içindən bir nəfər çığırır:

- Ya xəlifə, o yazığı asmayın, qatil mənəm.

Tez kəndiri kəsirlər, Bəhlulu xilas edirlər, gətirirlər xəlifənin yanına.

Xəlifə deyir:

- Ey Bəhlul Danəndə, gördün, ədalət var?

- Var ey, amma adamın ağzından köpük gətirir.

İndi Argentina da öz fanatlarının ağzından köpük gətirdi.

Amma fransızlara ot yolduracaq.