adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyun 2018 13:36
25668
TEXNOLOGİYA
A- A+

Yeni “iPhone”ların qiyməti neçəyə olacaq? - PROQNOZ

Mütəxəssislər üç yeni "iPhone” modelinin qiymətlərini proqnozlaşdırıblar.

Adalet.az-ın "Market Watch” nəşrinə istinadən verdiyi məlumata görə, bu modellərin sentyabrda satışa çıxarılacağı gözlənilir.


"Morgan Stanley” bankının analitiki Keti Hyuberti düşünür ki, 6,5 düym OLED-displeyə malik modelin qiyməti 999 dollardan başlayacaq. Hazırda bu qiymətə "iPhone X” smartfonları satılır.

5,8 düym ekranlı modelin qiyməti isə 899 dollardan başlayacaq. Ən ucuz modelin qiyməti 600 dollardan 769 dollara qədər olacaq. İstisna edilmir ki, qiymətlər 7,2 faiz yuxarı ola bilər.