adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Iyun 2018 13:07
241882
SİYASƏT
A- A+

CHP-də ara qarışdı: Akşənərlə Kılıçdaroğlu İncəyə qarşı

Türkiyədə 24 iyun parlament və prezident seçkiləri başa çatsa da, onun ətrafında müzakirələr, qarşılıqlı ittihamlar səngimək bilmir.

Müxaliflərin birləşdiyi Millət İttifaqında yer alan partiyalar daxilində gərginliklər pik həddinə çatmaqdadır.

Ən çox gərginliklərin yaşandığı və qarşılıqlı ittihamların göylərdə "uçuşduğu” partiya isə "ana müxalifət” partiyası olan CHP-dir.

Partiyanın parlament seçkilərində 22 faizlik səs alması, xüsusən prezidentliyə namizəd Məhərrəm İncənin prezident seçkilərində öz təşkilatından 8 faizdən çox səs toplaması anti-Kılıçdaroğluçuları hərəkətə keçirib.

Partiyadakı rəqibləri, İncənin rəhbərlik etdiyi "solçuların solçuları” qanadı Kamal Kılıçdaroğlunu məlum uğursuzluğun baş hədəfi kimi göstərməkdə və onun istefasını tələb etməkdədirlər.
İncə özünü heç nədən xəbəri olmamış və heç nəyi dizayn etməmiş kimi göstərməyə cəhd etsə də, "Kılıcdaroğlunun qarşısına bir daha rəqib kimi çıxmayacağam, bu, mənim vəfa borcum” desə də, baş verənlər hər şeyin onun planlaşdırdığını, istefa tələblərinin arxasında onun dayandığını göstərir.

Hələlik Kılıçdaroğlu ilə görüşməsələr və bir-birilərini açıq şəkildə ittiham etməsələr də, ikili arasında əvvəldən mövcud olan çatların daha da artdığı açıq-aşkar görünməkdədir.

Dünən seçkilərdən sonra ilk dəfə partiya rəhbərliyi ilə bir araya gələn və ilk dəfə kameralar önünə keçən Kılıçdaroğlunun istefa verəcəyi ehtimal edilsə də, o, liderlikdən getməyəcəyininümayiş etdirib və bu azmış kimi, partiyadaxili rəqiblərini də hədələməkdən çəkinməyib.

"CHP kürsü sevdalılarının partiyası deyil. Belə düşünün adamların bizim aramızda yeri yoxdur və ola bilməz. Biz seçkilərdə divarın bir qismini aşdıq, gələn il keçiriləcək bələdiyyə seçkilərində də qalan hissəni aşmağı hədəfləyirik.

Artıq bu istiqamətdətəlimatlarımı vermişəm”, - deyərək, CHP rəhbərliyindən getməyəcəyini dilə gətirib.

Eyni zamanda, üstüörtülü şəkildə olsa da, İncəyə sərt ismarıcını "təbrikləşmə” məsələsi üzərindən göndərib.

Yəni, İncənin Türkiyənin yeni prezidentini təbrik etməsini qəbul etmədiyini və bunun qarşılığının gecikməyəcəyini, İncə tərəfdarlarının etirazlarının qarşısının alınacağını nümayiş etdirib.

Ancaq İncə tərəfdarları da asan təslim olmayacaqlarını, istefa tələblərində israr edəcəklərini bəyan edirlər.

Belə ki, CHP-nin mərkəzi ofisi önünə toplaşan anti-Kılıçdaroğluçular dağılışmayıblar, əksinə, gecə boyuistefa şüarlarını səsləndiriblər.

İncəçilər oturaq etiraz aksiyasına başladıqlarını bəyan ediblər.

Eyni zamanda, Millət İttifaqında yer alımış Meral Akşənərin "İyi Parti”si ilə CHP, xüsusən İncə arasında gərginlik açıq nəzərə çarpır.

Akəşənər İncənin onu və "İYİ Parti”ni az səs alaraq, AKP-nin və Ərdoğanın qələbə qazanmasına dolayısı ilə şərait yaratmaqda, ikinci turun məhz ona görə baş tutmamasında günahlandırmasına sərt reaksiya verib.

İroniyalı şəkildə qeyd edib ki, İncənin bu yöndə ittihamlarına heç cür qatılmır və ünvanına səslənənləri əsassız sayır.

Özünün və partiyasının mövcud şərtlər daxilində normal səs aldığını, Türkiyədə "İYİ Parti” gerçəyinin yaşandığını deyən Akşənər artıq CHP, daha çox da İncə ilə yollarının ayrıldığını nümayiş etdirib.

Həmçinin, keçmiş MHP-li olan "İYİ Parti”lilərin yenidən həmin partiya ilə TBMM-də bir araya gələ bilməyəcəyinin anonsunu verib:

"Biz oyun oynamırıq”.

Partiyada azsaylı istefa tələblərinin yer almasına baxmayaraq, Akşənər istefa verməyəcəyini və partiyasını daha güclü şəkildə növbəti seçkilərə hazırlayacağını bəyan edib.(oxu.az)