adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Iyun 2018 13:00
27079
MARAQLI
A- A+

İran haqqında bilmədikləriniz

İran haqqında bəlkə də çoxlarımızın az məlumatı var. Bəzən bildiklərimiz yanlış da ola bilir. Bu yazıda İran haqqında bildiklərinizdən daha artığını öyrənəcəksiniz. 








İranda qadınların soyadı dəyişmir. Ailə həyatı qursalar belə onlar öz soyadlarını daşıyırlar.


Qadınların təhsil faizi yüksəkdir. İrandakı universitet tələbələrinin 60 faizi qadındır.


İranda Azərbaycandan çox azərbaycanlı var.


İranda yaşayan bir yəhudi camiəsi var ki, İranlılar onlarla çox mehriban yaşayırlar. Asiya qitəsində Rusiyadan sonra ən çox yəhudi yaşayan ölkə İrandır. Təxminən 60 min yəhudi yaşayır. İran parlamentində yəhudiləri Moris Motamed təmsil edir.


İranlıların kanat adı verdikləri yeraltı su saxlanınan yerləri və kanalları ilə sular dağlardan şəhərə gətirilir. Yeraltı və yerüstü su kanalları həm də bir soyutma sistemi yaradır. Təxminən 275 min kilometrə qədər olan bu kanllar minlərlə il qabaq yaradılmış və hələ də istifadə olunur. Deməli tarixin ilk soyutma sistemi İranda yaranmışdır.


İranda heç kim üstündə silah daşıya bilməz. Sadəcə, xüsusi vəzifəsi olan bəzi sivillərin silah daşımağa icazəsi var. Amma buna da çox rast gəlməzsiniz.


İranda narkotik və spirtli içkidən istifadə qadağandır, amma reabilitasiya mərkəzləri var. İranda spirtli içki almaq və satmaq olmaz. Sadəcə, müsəlman olmayan kəsimin öz spirtli içkisini hazırlamaq ixtiyarı var. Bununla belə ölkədə içki və narkotik alüdəçiləri üçün müalicə mərkəzləri var.



Bütün qadağalara baxmayaraq İranda yeraltı həyat, yəni yüngül həyat tərzi sürənlərin məkanları var.


İranlılar ərəb deyil və ərəbcə danışmırlar. Fras əlifbası ərəb əlifbasından qaynaqlansa da ikisi də ayrı dildir. Günlük həyatımızda istifadə etdiyimiz sözlərin çoxu farscadır. Cənnət, lalə, yasəmən, şahmat, pijama...


80 milyonluq əhalisinin 70 faizini 30 yaşdan aşağı gənclər təşkil edir.


1970-ci illərdən bəri İran öz avtomobillərini istehsal edir. Neft və qaz industriyasından sonra ən böyüyü avtomobil industriyasıdır. Təxminən 700 min adam bu sektorda işləyir. İran Orta Şərqin ən çox avtomobil istehsal edən ölkəsidir.


Dünyanın altıncı uzun qülləsi Milad qülləsinin hündürlüyü 435 metrdir. Tehranın telekommunikasiya qülləsi Dubaydakı Burc Xəlifə inşaa olunana qədər Orta Şərqin ən uzun qülləsi idi. İndi isə dünyanın 17-ci ən uzun tikilisi sayılır. Qüllənin içindəki gözləmə zalından və restorandan bnütün Tehranı ayağınızın altyında görə bilərsiniz.


Süveyş kanalının təməlini fars kralı Darius qoyub.


Zərdüşt və Bəhai dini İranda doğuldu. Zərdüşt dini dünyanın ən qədim dinidir və miladdan əvvəl 600-650-ci illərdən İslama qədərki dövrdə İranın rəsmi dini olub.


İndi dünyada təxminən 7 milyon insanın inandığı Bəhai dininin yaradıcısı, əsl adı Mirzə Hüsyn Əli olan Bəhaullah 1827-ci ildə Tehranda doğulub.