adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyun 2018 12:56
13614
KRİMİNAL
A- A+

Metroda soyğunçuluq edən şəxs TUTULDU

Bakı metropolitenində polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, iyunun 26-da saat 8 radələrində metronun "28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb.

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.