ANA SƏHİFƏ / KRİMİNAL

Toy üçün bəzədilən avtomobildən 8 kq-dan artıq narkotik maddə çıxıb

7426    |   2018-06-27 11:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ilin 24 iyun tarixində 23:30 radələrində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub.

DSX-dan Adalet.az-a verilən məlumata görə, Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş "Wolks­wagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib. Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomo­bildən düşərək aralanması və əlində do­lu kisə ilə qayıtması şübhə doğur­ub.

Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılıb, avtomobilə qoyu­lan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cüm­lə­dən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləş­di­rilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Məm­məd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.




İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK