Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Bakı Ali Neft Məktəbi TOP 10 universitet arasında liderdir Adalet.az | Bakı Ali Neft Məktəbi TOP 10 universitet arasında liderdir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi TOP 10 universitet arasında liderdir

6423    |   2018-06-27 11:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbi (BANM) 4 il ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə ölkə üzrə bütün ali məktəblər arasında birinci yeri tutub.

Adalet.az-ın məlumatına görə, bu haqda Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında bildirilib.

2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta balların təhlili zamanı ən yüksək nəticə nümayiş etdirmiş top 10 ali təhsil müəssisəsi arasında BANM yenə ən yüksək nəticə nümayiş etdirərək (678,4 orta bal) liderliyi qoruyub saxlayıb. (Ətraflı cədvəldə)

Təsadüfi deyil ki, bu ilki ilk qəbul imtahanında I qrup üzrə 700 bal toplamış Əsra Bayramova və Vasif Əsədovun da seçimi məhz BANM olub. Əsra Bayramova "İnformasiya təhlükəsiziyi”, Vasif Əsədov isə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçib.

Qeyd edək ki, ötən il də I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 7 tələbənin hər birinin seçimi BANM olmuşdu. Eyni zamanda ötən iI I qrup üzrə Prezident təqaüdünə layiq görülmüş 25 tələbənin 24-ü BANM-da təhsil alır.

Ali təhsil müəssisələri

Orta bal

2014/2015

2015/2016

2016/2017

2017/2018

1

Bakı Ali Neft Məktəbi

668

675,1

666,5

678,4

2

Azərbaycan Tibb Universiteti

569,5

574,8

580,9

603,1

3

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

601,5

606,5

604,4

595,4

4

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası

578,4

596,2

570,3

576,9

5

ADA Universiteti

591,3

605,3

596,1

532,9

6

Azərbaycan Dillər Universiteti

433,1

447,6

446,6

457,5

7

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

452,1

436,1

427,1

430,1

8

Milli Aviasiya Akademiyası

375,6

402,2

410,1

427,2

9

Bakı Dövlət Universiteti

426,8

434,9

427,8

421,2

10

Azərbaycan Dövlət İqtisad Universiteti

390,6

396,1

416,1

412,2




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK