ANA SƏHİFƏ / SİYASƏT

Qənirə Paşayeva: "Ermənistan təmsilçilərinin AŞ PA-da çıxış etmək haqqı olmamalıdır"

3246    |   2018-06-27 11:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Qənirə Paşayeva AŞ PA-da "Azad müzakirələr" zamanı Ermənistan təmsilçilərinə sərt cavab verib.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, Q.Paşayeva AŞ, AŞ PA rəhbərlərinə çağırış edib.

Çağırışda deyilir: "Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu. Azərbaycan və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addım idi. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan avropalı tərəfdaşları ilə birlikdə, sadəcə, özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verə layihələri həyata keçirir. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma, çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faiziErmənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞ PA qətnamələrinə məhəl qoymayaraq işğal etdikləri torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırırdı. Biz Assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırıq ki, Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınılar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal edilən Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər".

Millət vəkili, həmçinin Assambleyanı, təşkilatın rəhbərliyini AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin, Sərsəng su anbarı ilə bağlı qətnamənin, "Çıraqov və başqaları Ermənistana qarşı" adlı Avropa məhkəməsi qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə səslənməyə çağırıb: "Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmirdilər. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bu qanunsuz əməlləri davam etdirməməyə və azərbaycanlı girovları azad etməyə çağırmalı və tələb etməlidir. Eyni zamanda AŞ PA Ermənistanın yeni rəhbərliyini Suriyadan köçən ermənilərin Ermənistana deyil, işğal edilən Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalı və tələb etməlidir. AŞ PA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və AŞ PA-nın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir. Biz Assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq".

Millət vəkili qeyd edib ki, işğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur: "Onlara söyləmək istəyirəm ki, sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur".




İmza:

"Merkelin, Makronun,Trampın ağılları çatacaqmı?"

Gələn ilin büdcəsi sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq

“Azərbaycan ərəb ölkələrinə sərmayələr yatırıb” - Əli Həsənov

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi çağırış etdi

ABŞ-ın ordu generalından Azərbaycanla bağlı mühüm AÇIQLAMA

Elmar Məmmədyarov Fransaya səfərə gedib

İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü..."

ABŞ-ın ATƏT-dəki nümayəndəsi: Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir

Milli Məclisin növbəti üç iclasının gündəliyi - SİYAHI

"ABŞ işğal olunmuş ərazilərdə hərbi baza yaratmaq istəyir"

Avropa İttifaqının xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK