adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
27 Iyun 2018 09:57
8213
MƏMLƏKƏT
A- A+

QHT yeni layihəyə start verdi

"Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsinə start verib. 

Layihə barəsində məlumat verən təşkilatın sədri İndira Şəmsivari deyib ki, layihə Quba, Şamaxı, İsmayıllı, rayonlarında olan dini icmalarla qarşılıqlı əlaqə, islam dininin ekstemizm və radikalizmə qarşı olması barəsində maarifləndirmə işinin təşkil edilməsindən bəhs edir. İ.Şəmsivarinin sözlərinə görə, layihənin məqsədi Quba, Şamaxı, İsmayıllıda olan dini icmalarla söhbətlərin aparılması, onlara dini ekstemizm və radikalizmlə bağlı məlumatlandırılmasını təşkil etməkdir. 3 ay həyata keçiriləcək layihə çərçivəsində Quba, Şamaxı, İsmayıllı rayonlarında olan dini icmalarla görüşlərin keçirilməsi, dini cima üzvləri ilə fərdi söhbətlərin aparılacaq, Facebook sosial şəbəkəsində həyata keçirilən dini eksterizmlə bağlı monitorinqin təşkil olunacaq, KİV-lə əməkdaşlıq ediləcək.