Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Deputat: "Hərbi parad Ermənistana növbəti xəbərdarlıqdır" Adalet.az | Deputat: "Hərbi parad Ermənistana növbəti xəbərdarlıqdır" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputat: "Hərbi parad Ermənistana növbəti xəbərdarlıqdır"

3843    |   2018-06-27 09:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bu gün Azərbaycan Ordusunun paradda nümayiş olunan gücünü bütün dünya, o cümlədən düşmənlərimiz də gördü. Hər kəs bir daha əmin oldu ki, Azərbaycan qısa müddətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadirdir".

Adalet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Bəxtiyar Sadıqov deyib.

B.Sadıqovun sözlərinə görə, Azərbaycanda keçirilən paradda qabaqcıl orduların istifadə etdiyi, insanların idarə etmədiyi texnikalar nümayiş olunub.

Deputat qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri artıq istənilən tapşırığı ən qısa müddətdə və yüksək səviyyədə yerinə yetirməyə qadirdir:

"Azərbaycan Ordusu güclü havadan müdafiə sistemi ilə təmin olunub. Hərbi əməliyyatlar başlasa, ən müasir silahlarla düşmənin mövqelərinə dərhal elə zərbələr endiriləcək ki, onlar başını qaldırmağa belə imkan tapmayacaqlar. Ölkə Prezidentinin də dediyi kimi, biz elə bir güclü ordu yaratmışıq ki, o, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir".

Bu hərbi paradı Ermənistana növbəti xəbərdarlıq kimi də dəyərləndirən B.Sadıqov qeyd edib ki, Azərbaycan iqtisadi gücünü getdikcə artıracaq və Ordumuz daha da güclənəcək:

"Ermənistan bundan nəticə çıxarmalıdır. Əgər Ermənistan münaqişəni qısa müddətdə sülh yolu ilə həll etsə, bu, onun xeyrinədir. Azərbaycan yenə də güclü, qüdrətlidir, ancaq biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq".

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib. Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.




İmza:

Qarabağın azadlığı müharibədən keçir - SORĞU

Prezident İlham Əliyev Bruney Sultanını təbrik edib

Birinci vitse-prezident Baronessa Emma Nikolsonu qəbul etdi - Yenilənib

Azay Quliyev ATƏT PA-da münaqişənin həli üçün minimal tələbləri açıqladı

“Ruhani qorxuya düşüb...” - SORĞU

Ərdoğan Türkiyə və Azərbaycan arasındakı mühüm sənədi təsdiqlədi

Politoloq: "Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir"

Deputat təhsil sistemi ilə bağlı öhdəliklərdən DANIŞDI

Mitinqə niyə icazə verilmədi? - SORĞU

Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

Təhqir və böhtana görə cəzalar sərtləşdirilə bilər - Birinci vitse-spikerdən ANONS

“İddialar başqa, qanunvericilik başqa şeydir” - Ziyafət Əsgərov

SON XƏBƏRLƏR
2019-02-23
2019-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı təyyarənin trapından şalvarını çəkə-çəkə düşür:
- Ayə, bu Azal aeroflotu canemizi boğazımıza yığdı. Elə dəyqədən bir deyirlər ki, kəmərinizi açen-bağleyin. Ta demirlər ki, arıq adamıq, şalvarımız kəmərsiz əynimizdə durmer.




digər lətifələr
ARXİV
FACEBOOK