Əbülfət Mədətoğludan yeni şeir: KİMİ
Bu gecə sızıldadı
Ruhum da, yara kimi...
Minnətçi göndərim mən -
Bilmirəm, yara , kimi?
Elə bil xəyal qurub
Çiçək tək boynun burub...
Ölmüş çəkilib, durub -
De, məndən hara kimi?!
Yel oynayan binəm də
İmkan vermir , dinəm də!
Sim edəcəm sinəmdə -
Bilmirəm tara kimi?!
Duyğun idim- hissindim
Yaxşın idim , pisindim...
Dərdlərimlə isindim -
Bu qış -
Son qara kimi!
Üstümü çən alacaq
Məni atdan salacaq...
Həyatımda qalacaq -
Əbülfət - qara kimi!..