adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
25 Iyun 2018 17:46
15873
ELM VƏ TƏHSİL
A- A+

“Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı

UNEC-də "Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız.

UNEC Newsiyun ayının məzununu qürurla təqdim edir!

Anar Cəbrayıllı 1974-cü il oktyabrın 29-da Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki UNEC) Maliyyə-kredit fakültəsinə daxil olub, 1997-ci ilə universiteti fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə iqtisadi nəzəriyyə ixtisası üzrə aspiranturaya qəbul olub. Həmin ildən yazılı mətbuatda iqtisadçı jurnalist kimi fəaliyyətə başlayıb. 10 ilə yaxınANS televiziyasında "İqtisadi xəbərlər” proqramının aparıcısı olub.Hazırda "Azərsu” ASC-ninİctimaiyyətlə əlaqələr şöbəsinin rəisidir.

İqtisadçı jurnalist öz uğur hekayəsini UNEC tələbələri ilə bölüşür:

Orta məktəbdə fizika və riyaziyyat istiqaməti üzrə hazırlaşırdım, Neft-kimya, ya da İnşaat Mühəndisləri İnstitutuna sənəd verməyi planlaşdırırdım. Qismət elə gətirdi ki, 1992-ci il orta məktəbi bitirdiyimdə universitetlərə qəbulda test üsulu tətbiq olundu. Mən də sənədlərimi Azərbaycan Dövlət İqtisad İnstitutuna verdim və Maliyyə-kredit fakültəsinin siyasi-iqtisad ixtisasına qəbul oldum.Karyerama jurnalist kimi başlayacağımı ağlıma belə gətirməzdim. Amma nə etməli idim, iş tapmaq olduqca çətin idi. 1998-ci ildə "Avrasiya” qəzetində iqtisadiyyat yazarı kimi işə başladım. İqtisadi biliklərimbu sahədən yazmaqda mənə əlavə üstünlük yaradırdı. Çünki jurnalisitika fakültəsində və yaxud başqa ixtisas üzrə təhsil alanlar iqtisadiyyatdan yazmaqda çətinlik çəkirdlər. Sonradan10 ilə yaxın televiziyada çalışdım, burada da iqtisadi biliklərimindən istifadə etməklə daha yaxşınəticələr qazandım.Bir haşiyə çıxım, 2000-ci illərin əvvəllərində informasiyalara çıxış indiki kimi əlçatan deyildi. O, vaxtlar tələbələr ən çox bizim iqtisadiyyat xəbərlərinin məlumatlarından istifadə edirdilər.

İndi "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıram. İşimiz çoxşahəlidir. Mətbuat katibi təkcə KİV-lə əlaqələrə cavabdehdirmi? Məncə yox,mətbuat katibi işlədiyi qurumun kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti ilə əlaqələrinin tənzimlənməsinə, təmsil etdiyi qurumun fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına birbaşa məsul olan şəxsdir.Bəzən sual verirlər ki, jurnailstikada işin ağır idi, yoxsa burada.Birmənalı deyirəm ki, burada. İşlərimiz çoxdur, bəlkə də bu kommunal sahə ilə bağlıdır. Bu gün hamının evində su varsa, deməli, bizimlə bağlı problemi də olacaq və onun çözülməsi üçün bizə müraciət edəcəklər.

İnstituta yeni daxil olanda xəyalımdan ali məktəb müəllimi olmaq keçirdi.Çünki sovet dövrü bizim ixtisası qurtaranların çoxu ali məktəblərdə müəllim işləyirdi.Son kurslarda bankdaişləmək həvəsi yarandı. Nədənsə alınmadı, məncə jurnalistlik fəaliyyətim və bugünkü işimlə daha çox tanındım. Həm də daha çox adamın işinə yaradım. UNEC-in bəzi müəllimləri bizim sahə ilə bağlı problemləri yarananda mənə zəng edirlər və mən də onların həllinə kömək edirəm.

Məncə,qazandığım nailiyyətlərin əsasında ən böyük pay təhsildə əldə etdiklərim sayəsindədir. Yaxşı oxumasaydım yaxşı iqtisadçı jurnalist ola bilməzdim. "Oxumadan da mümkündür” fikrini ümumiyyətlə, qəbul etmirəm. Bu özünü əsasən biznesdə, başqa sözlə, alverdə doğrulda bilər. Baza təhsili və normal universitet təhsili olmasa pul qazana bilərsən, ancaq karyera qura bilməzsən.

Bu gün müəllimlərimin demək olar ki, hamısını xatırlayıram, özü də xoş mənada.Aspiranturada təhsil aldığım vaxtlarda əksəriyyəti ilə görüşə bilirdim.Rəhmətlik Məmmədhəsən Meybullayevin adını birinci çəkməsəm ruhu məndən inciyər. Hər mənada onun dəstəyini görmüşəm. Həm müəllimim, həm ixtisas kafedramızın müdiri, həm də elmi rəhbərim kimi. İqtisadi nəzəriyyə kafedrasının müəllimləri – Kərimxan Məmmədovu, Qabil Manafovu, Nazim Eminovu, Fazil Hüseynovu, Alina Əliyevanı və digərlərini də xoş mənada daim xatırlayıram.Vüqar Əliyev, Azər Mehdiyev, Əlifağa Ağayev, Rəfiqə müəllimə, Rauf müəllim, o zamankı dekanlarımız Şakir Bədəlov və Rafiq Bəşirovu, həmçinin dekan müavini Atıq müəllimi də yaddan çıxarmaq olmaz. 21 ildir ali məktəbi bitirmişik, bir dəfə də olmayıb ki, tələbə yoldaşlarımızla görüşəndə müəllimlərimizi yada salmayaq.

Mənim üçün doğma olan UNEC haqqında fikirlərim həmişə yüksək olaraq qalacaq. Səmimi deyirəm, professor Ədalət Muradov UNEC-ə rektor təyin olunandan sonra böyük uğurlara imza atılıb. Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib. Mətbuatda, televiziyada UNEC-in uğurlarını böyük qürurla izləyirəm.

UNEC-də tələbələrin yüksək təhsil alması, peşəkar kadr kimi yetişməsi üçün hər cür şərait və baza var.Bizim dövrdən fərqli olaraq, daha asan iş tapmaq və karyera qurmaq imkanları mövcuddur. Tələbələrə tövsiyəm odur ki, oxuduqları dövrdə çalışıb daha çox bilik qazansınlar və hədəflərini dəqiq müəyyənləşdirsinlər. Gec-tez bəhrəsini görəcəklər.