adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Iyun 2018 17:55
8290
İDMAN
A- A+

Neymarın hər yıxılmağına görə qonaqlıq verəcəklər

Braziliyanın paytaxtı Rio-de-Jeneyroda fəaliyyət göstərən restoranlardan biri maraqlı aksiyaya hazırlaşır.

Qol.az-ın "TASS” agentliyinə istinadən yaydığı xəbərə görə, restoran rəhbərliyi DÇ-2018-in qrup mərhələsinin Serbiya ilə oyununda Neymarın yerə yıxıldığı hər epizoda görə müştərilərinə pulsuz qonaqlıq verəcək.

Xatırladaq ki, Neymar Braziliya millisinin dünya çempionatında keçirdiyi oyunlarda tez-tez yerə yıxıldığı üçün azarkeşlər tərəfindən tənqid olunub. 26 yaşlı hücumçu təkcə Kosta-Rika ilə matçda özünü 15 dəfə yerə atıb. Hətta onun bu hərəkətinə görə Fransa millisinin sabiq üzvü Erik Kantona Neymar və komanda yolaşlarına özlərini kişi kimi aparmağı məsləhət görüb.

Qeyd edək ki, Serbiya – Braziliya oyunu iyunun 27-də keçiriləcək və Bakı vaxtı ilə 22:00-da başlayacaq.