adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2018 17:31
17760
MƏDƏNİYYƏT
A- A+

Şahzadə Abbas Mirzə Qacarın qılıncı sərgiyə çıxarılıb

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində "Ordum varsa, yurdum var" adlı sərginin açılışı olub. 

Adalet.az -ın xəbərinə görə, sərgi Milli Azərbaycan Ordusunun Yaranmasının 100 illiyinə həsr olunub. 

Tədbirdə çıxış edən muzeyin direktoru Nailə Vəlixanlı qeyd edb ki, sərgi Azərbaycan ordusu haqqında geniş məlumat almaq üçün səmərəli olacaq. O, ordumuzun tarixi, işğalçılara qarşı mübarizəsi haqqında danışıb.

 Sonra tədbirdə iştirak edən fərdi kolleksioner, politoloq Yusif Bağırzadə bildirib ki, Azərbaycan ordusunun 100 illik yubileyi ərəfəsində belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Azərbaycan muzeyləri mədəni irsimizin, tarixi ideologiyanın gənclərə, vətəndaşlara və dünyaya çatdırılması baxımından önəmli xarakter daşıyır: "Azərbaycdan muzeylərin sayının artırılmasına ehtiyac var. Çünki Azərbaycanın turizm ölkəsinə çevrilməsi baxımından muzeylərin sayının artırılması önəmlidir. Muzeydə göstərilən eksponatlar Azərbaycanda dövlətçilik ənənəsi və tarixi şəxsiyyətlərin vətənpərvərliyini göstərir". 


 Y. Bağırzadə qeyd edib ki, sərgidə Abbas Mirzənin qılıncının təqdimatı da xüsusi önəm daşıyır: "Ona görə də mən bu qılıncı muzeydə sərgiləmək istədim. Bu qılınc 19-cu əsrə aiddir və bizim ailəyə məxsusdur. Sonda sərgiyə baxış keçirilib.