adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Iyun 2018 17:24
6571
GÜNDƏM
A- A+

Prezident Dövlət Komissiyasının tərkibini təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncama əsasən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərməlidir.