adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
25 Iyun 2018 17:10
13231
ELM VƏ TƏHSİL
A- A+

UNEC-də “Məzun Günü” keçiriləcək

İyunun 28-də UNEC-də "Məzun Günü” keçiriləcək.

"İnter Arena” stadionunda təşkil olunacaq tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları da iştirak edəcək. Tədbirdə iştirak etmək üçün Fransanın Montpellier Universitetinin rəsmiləri də Azərbaycana gələcək. Onlar UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının ilk məzunlarını təbrik edəcəklər.

"Məzun Günü”nü Azərbaycanın xalq artisti Murad Dadaşov aparacaq. Tədbirdə tələbələri məzun olmaları münasibətilə əməkdar artist Röya Ayxan təbrik edəcək. Eyni zamanda populyar ifaçı Rauf (-400) və DJ Chına öz "remix”ləri ilə açıq havada keçirilən "Məzun Günü”nə rəng qatacaqlar.