adalet.az header logo
  • Bakı 20°C
25 Iyun 2018 16:21
13467
İDMAN
A- A+

Alpaqut Turan döyüş sənəti üzrə açıq Bakı turniri keçirilib

Bu barədə Adalet.az-a Azərbaycan Alpaqut Federasiyasının Mətbuat Xidməti məlumat verib. Məlumata görə dünən Şağan İdman Olimpiya Kompleksində Azərbaycan Alpaqut Federasiyası (AAF) Baki şəhər Gənclər və İdman Baş İdarəsi ilə razılaşdırılmış qaydada Alpaqut Turan döyüş sənəti üzrə açıq Bakı turniri keçirildı. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun əziz xatirəsinə həsr edilmiş yarışda AAF-nın müxtəlif bölgələrindən 20-dən çox komanda olmaqla 300 dən artiq idmançı iştirak edərək, güclərini sınadılar.


Saat 13:00 da yarışın rəsmi açılış mərasimi keçirildi. Dövlət himnimizin səsləndirilməsi ilə başlayan rəsmi açılışda AAF-nin prezidenti Qüdrət Nuriyev, Alpaqut Türk savaş sənətinin qurucusu Kutsan Vasif Namazov, Federasiyanın baş katibi Rafiq Qasımov və yarışa qonaq qismində dəvət edilmiş Xosrov bəy Sultanovun nəsil nümayəndələri çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar.


Yarış dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirildi. Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif yaş qrupları üzrə alpaqutçular tatami üzərinə çıxdılar.


Yarışın sonunda qaliblər diflom, medallar və kuboklarla mükafatlandırildı. Aypara sistemi üzrə komanda hesabı ilə 1-ci yerə Abşeron, 2-ci yerə Suraxanı, 3-cü yerə Sabunçu, Batur sistemi üzrə DİN-nin "Dinamo" İdman Cəmiyyəti, 2-ci yerə Laçın, 3-cü yerə Zərdab, Caymaz sistemi üzrə 1-ci yerə Kəlbəzər, 2-ci yerə Laçin, 3-cü yerə Qazax, Qurşaq sistemi üzrə isə 1-ci yerə Qazax, 2-ci yerə Laçin, 3-cü yerə Nərimanov filialları tutublar.