adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2018 15:37
32550
TEXNOLOGİYA
A- A+

Hərbi paradın son hazırlıq məşqindən FOTOREPORTAJ

Bu gün Bakı şəhərində iyun ayının 26-da – Azərbaycan Ordusunun 100 illik yubileyi münasibəti ilə keçiriləcək hərbi paradın son hazırlıq məşqi keçirilib.

"AzeriDefence”nin məlumatına görə, paytaxtın "Azadlıq” meydanında keçirilən məşqləri izləmək üçün gələn vətəndaşları polis əraziyə buraxmayıb. Dənizkənarı Bulvarın və Hökumət Evinin yaxınlığındakı polis postlarından vətəndaşlar "Sahil” metrostansiyası istiqamətindən bulvara istiqamətləndiriliblər. Vətəndaşlar şəxsi heyəti müşahidə edə bilməsələr də hərbi texnikanı "Sahil” metro stansiyası yaxınlığında və Muzey Mərkəzinin qarşısında izləməyə nail olublar.

Qeyd edək ki, parada cəlb olunan hərbi texnika paytaxta iyunun 23-də axşam saatlarında gətirilib. Bu gün səhər saatlarında isə Hərbi Dəniz Qüvvələrinin 4, DSX Sahil Mühafizəsinin 11 gəmisi Bakı buxtasına sahilə yaxın ərazidə sıralanıb.

Parada qatılan şəxsi heyətin keçidini izləyə bilməsək də, öyrəndik ki, son məşqlərdə Azərbaycan Ordusunun və digər hərbi qurumların şəxsi heyəti ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin bir bölməsi də Türk bayrağı altında keçid ediblər.

Daha sonra Bakıda səfərdə olan Türkiyə HHQ-nin "Solo Türk” akrotiminin uçuş məşqləri başlayıb. "Solo Türk” qrupu F-16 təyyarələrində müxtəlif akrobatik uçuşlar icra edib.

Odur ki, paradın uzaqdan çəkdiyimiz fotolarını diqqətinizə təqdim edirik.